"Səbail" "Boka Xuniors"un sabiq futbolçusunu transfer edib

"Səbail" "Boka Xuniors"un sabiq futbolçusunu transfer edib

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Olimpnews" klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.

29 yaşlı vingerlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Kiprin "Etnikos" klubunda çıxış edən təcrübəli oyunçu ölkəsində "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski" (Sofiya) komandalarının da formasını geyinib.