Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb

Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb

İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahın müqaviləsinin müddətini uzadıb.

  Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.