Aydan Hüseynzadə dünya ikincisidir

Aydan Hüseynzadə dünya ikincisidir

21-28 sentyabrda Gürcüstanın Batum şəhərində şahmat bəstəçiliyi üzrə 56-cı konqres keçirildi. Konqresin proqramına Beynəlxalq Şahmat Federasiyasının iclasları, çoxsaylı həlletmə və tərtib yarışları daxil idi. Ancaq bunlardan ən vacibi şahmat bəstələrinin həlli üzrə 37-ci dünya çempionatı oldu. Ölkəmizi bu yarışda Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Aqşin Məsimov, Anatoli Piriverdiyev (hər ikisi Bakı), Elmar Abdullayev (Şirvan), Aydan Hüseynzadə (Qəbələ) və ölkəmizin bu beynəlxalq təşkilatda nümayəndəsi İlham Əliyev (Sumqayıt) təmsil edirdilər. Qeyd edək ki, ölkəmiz ilk dəfə idi ki, bu yarışda qadın həlçi ilə iştirak edirdi.
Dünya çempionatında şəxsi hesabında 85,75 xalı olan Pyotr Murdzia (Polşa) çempion adını qorudu. Gümüş medalı 84,5 xalla Arno Zude (Almaniya), bürünc medalı isə 83 xalla Kaçper Pyotrun (Polşa) qazandı. Ölkəmizin yığma komandasının üzvlərindən FİDE ustası Araz Alməmmədov (Qəbələ) 73,25 xalla 14-cü, FİDE ustası Ramil Cavadov (İsmayıllı) 67 xalla 27-ci, Aqşin Məsimov (Bakı) isə 43 xalla 61-ci yeri tutdu.
Qadınlar arasında 1-ci yeri 44,5 xalla Anna Bilinkina (Rusiya), 2-ci yeri 28,5 xalla Aydan Hüseynzadə (Azərbaycan), 3-cü yeri isə 27 xalla Nino Masuradze (Fransa) tutdu.
Komanda hesabında artıq neçə illərdir ki, gənc əməli şahmatçılardan ibarət Polşa yığması liderliyi əldən vermir. 19 komanda arasında Polşa (Pyotr Murdzia, Kaçper Pyorun, Aleksander Mista) 178,5 xalla 1-ci, Almaniya (Arno Zude, Michael Pfannkuche, Boris Tummes) 162,5 xalla 2-ci, Serbiya (Marjan Kovacevic, Bojan Vuckovic, Borislav Gadjanski) 159,25 xalla 3-cü oldu.

Müəyyən səbəblər üzündən yığmamızın fəal üzvləri şahmat üzrə beynəlxalq ustalar Misrətdin İsgəndərov (Sumqayıt) və Zaur Məmmədov (Bakı) bu yarışda çıxış edə bilmədilər. Bu da komandamızın nəticəsinə təsir etdi. Millimiz 142,25 xalla 9-cu oldu və 8-ci yer tutmuş Belarus yığmasından 0,25, 7-ci yerdən isə 0,5 xal geri qaldı. Qeyd edək ki, nəticələrin dəyişməsinə hakimlərin xalların bölüşdürülməsində dəyişiklik etməsi də təsir etdi. Bir çox ölkələr etiraz etsələr də, bu qəbul edilmədi və nəticələrdə dəyişiklik olundu, bunun nəticəsində millimiz iki pillə aşağı düşdü.
Konqresin iclaslarında səsvermə ilə gələn il keçiriləcək 57-ci konqresin və 38-ci dünya çempionatının yeri müəyyən edildi. Soçi (Rusiya), Serock (Polşa) və Bern (İsveçrə) arasında səs çoxluğu ilə İsveçrənin paytaxtı qalib gəldi. Həlletmə üzrə Avropa çempionatı isə Çernoqoriyada keçiriləcək.




1045.Vitali Şevçenko və İvan Borisenko (Ukrayna) 1.Ae5! (2.Ad3#). 1046. Vitali Şevçenko və İvan Borisenko (Ukrayna) 1.Vb8! (2.Vxd8#). 1047. Elmar Abdullayev (Şirvan) 1.Va1!. 1048. Elmar Abdullayev (Şirvan)
 1.Tf4! (2.Af3#). 1049. Leonid Lyubaşevski və Leonid Makaronez (İsrail) 1.Fd8! (2.Td5+! Şxd5 3.Vd6#, 2...ed 3.Fb6#), 1...ef 2.Tf4+ Şe5 3.d4#, 1...Tc5 2.Vd6+ Td5 3.Fb6#, 1...Ad3 2.Tc4+! Şc4 3.Vb4#, 1...Te5 2.Tcxe5 d5 3.Fb6#. 1050. Vladislav Tarasyuk (Ukrayna) 1.Ac3+ Vxc3 2.Fxc3 b4 3.Fb2!! c3 4.Ab1! cxb2 5.Şa6! [5.Şxb6? b3 6.a3 pat] 5...b3 6.a3 b5 7.Şb6 b4 8.Şc5 bxa3 9.Ac3#.
İ.Əliyev (Sumqayıt),
Beynəlxalq hakim