"Zirə" bu gün Türkiyədə ikinci yoxlama matçını keçirəcək

"Zirə" bu gün Türkiyədə ikinci yoxlama matçını keçirəcək

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün ikinci yoxlama oyununu keçirəcək.

"Olimpnews"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Rumıniyanın "Hermanştadt" klubuna 1:2 hesabı ilə uduzub.