Fərid Qayıbov futbol veteranları ilə görüşüb

Fərid Qayıbov futbol veteranları ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüşüb. Veteranları salamlayan nazir onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.

Veteranlardan Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli komanda ilə bağlı fikirlərini bildiriblər.

Görüşdə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.