Azərbaycanın futzal millisinin dünya çempionatındakı hədəfi açıqlanıb

Azərbaycanın futzal millisinin dünya çempionatındakı hədəfi açıqlanıb

Azərbaycan Futzal Federasiyasının (AFF) 2024-cü ildə keçiriləcək dünya çempionatı ilə bağlı hədəfi açıqlanıb.

Qurumdan "Olimpnews"a verilən məlumata görə, bu barədə AFF-nin iclasında federasiyanın prezidenti Zaur Axundov bildirib.

İclasda ötən mövsümlə bağlı (həm liqalar, həm də milli komanda) hesabatlar dinlənilib.

Zaur Axundov AFFA rəhbərliyinin bu sahənin inkişafı üçün federasiyaya böyük dəstək verdiyini qeyd edib.

Bildirilib ki, dünya çempionatının final mərhələsinə ilk dəfə 2016-cı ildə vəsiqə qazanan və yekunda 5-ci pilləni tutan yığmanın növbəti mundialın iştirakçısı olması üçün də lazımi şərait yaradılacaq. Strategiyanın saxlanılması şərtilə gənc futzalçıların əsas milliyə dəvət edilməsi üçün də işlərin görüləcəyi vurğulanıb.

Başa çatmış futzal mövsümü haqqında müzakirələr aparıldıqdan sonra, tez bir zamanda yeni mövsümün əsasnaməsinin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi ilə bağlı tapşırıq verilib.