Gənclər və İdman naziri federasiya nümayəndələri ilə görüşüb

Gənclər və İdman naziri federasiya nümayəndələri ilə görüşüb

Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda nazir Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıdakı planlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.
Gündəliyə əsasən, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq, Avropa və dünya çempionatlarının televiziya yayım hüquqlarının alınması, nizam-intizam və apellyasiya komitələrinin yaradılması, federasiyalar tərəfindən 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərlə bağlı hesabatın tərtib edilməsi, istiqamətlər üzrə inkişaf planlarının hazırlanması, idmançıların, məşqçilərin, hakimlərin və həkimlərin lisenziyalaşdırılması, idmançıların reytinq cədvəlinin müzakirəsi, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, idman turizminin inkişaf etdirilməsi, tədbir və yarışların qeydiyyat sistemi və digər məsələlər müzakirə edilib, həmçinin federasiya nümayəndələrinin təklifləri dinlənilib.