Avropa çempionatı: 1/4 finalçılar müəyyənləşib

Avropa çempionatı: 1/4 finalçılar müəyyənləşib

İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında 1/4 finalçılar müəyyənləşib.

Olimpnews.az məlumatına görə, cütlərin tərkibi qrup mərhələsinin yekununda bəlli olub.

Beləliklə, 20 - 23 iyulda İngiltərə - İspaniya, İsveç - Belçika, Almaniya - Avstriya və Fransa - Niderland görüşləri keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 31-dək davam edəcək. Final görüşü Londondakı "Uembli" stadionunda olacaq.