"Sumqayıt" yeni transferini açıqlayıb

"Sumqayıt" yeni transferini açıqlayıb

"Sumqayıt" yeni futbolçu transferini açıqlayıb.

  "gənclik şəhəri" təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, klub qazaxıstanlı Rifat Nurməhəmmədi heyətinə qatıb.

26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Rifat Nurməhəmməd son olaraq, ölkəsində "Maktaaral"ın formasını geyinib.