Soçidə biletlərin satışına başlanılıb

Soçidə biletlərin satışına başlanılıb

Soçi-2014 Təşkilat Komitəsi keçən həftə 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Paralimpiya Oyunlarına biletlərin satışına start verib.
Yarışlara baxmaq üçün biletlərin minimum qiyməti 350 rubl, maksimum qiyməti isə 1,5 min rubl təşkil edir. Soçi-2014 Paralimpiya Oyunlarının açılış mərasiminə baxmaq istəyənlər 700 - 5 min rubldan keçməli olacaqlar.
Rusiya vətəndaşları və ölkədə rəsmi yaşayan xarici vətəndaşlar biletləri Soçi-2014 Olimpiadasının rəsmi veb saytı (www.sochi2014.com) və rəsmi bilet agentlikləri vasitəsilə əldə edə biləcəklər. Digər ölkələrin vətəndaşları isə paralimpiya oyunlarını izləmək üçün biletləri öz ölkələrində fəaliyyət göstərən bilet agentlikləri və Beynəlxalq Paralimpiya Komitəsinin bilet agentləri vasitəsilə əldə edə bilərlər.