Mahir Emreli "Şkupi" ilə matçda iştirak etməyəcək

Mahir Emreli "Şkupi" ilə matçda iştirak etməyəcək

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli bu gün Şimali Makedoniya "Şkupi"sinə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxacaq.

"Olimpnews"un yerli mətbuata istinadən məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

69 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvü ilə yanaşı, Boşko Şutalo və Marko Bulatın zədə səbəbindən heyətdən kənarda qaldığını söyləyib.

Qeyd edək ki, "Dinamo" - "Şkupi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.