Fərid Qayıbov: "MMA idman növündə ciddi uğurlar qazanırıq"

Fərid Qayıbov: "MMA idman növündə ciddi uğurlar qazanırıq"

"Ölkəmiz son vaxtlar MMA idman növündə də ciddi uğurlar qazanmaqdadır".

Olimpiyadunyasi.com-un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir ayda MMA-da əldə olunan nailiyyətlər barədə öz qeydində yazıb.

Nazir bildirib ki, Rafael Fiziyevin UFC-də Azərbaycan bayrağı altında ilk qələbəsi, eləcə də Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən biri olan "Bellator”da qələbə ilə debütü, Vüqar Kərəmovun isə Rizin Qran-Prisində qalib gəlməsi son bir aya sığan uğurlardır: "Daha bir idmançımız Nəriman Abbasovun da "Dana White Contender Series” çərçivəsində ABŞ-da LFA çempionu braziliyalı İsmael Bonfimə qarşı döyüşdə uğur qazanacağına inanırıq".