“Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq

“Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komandamızı Macarıstanda “Ferentsvaroş” klubunu qəbul edəcək. Qarşılaşma "Groupama Arena"da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA hakimi Karlos del Serro idarə edəcək. Hakimlər Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya), VAR hakimləri isə Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva olacaq.
Qeyd edək ki, mərhələni adlayan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. "Ferentsvaroş" - "Qarabağ" cütündə uduzan komanda Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasının cütünün məğlubu ilə görüşəcək.