Konya-2021: Həndbolçularımızdan növbəti qələbə 

Konya-2021: Həndbolçularımızdan növbəti qələbə 

V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən həndbol yarışları davam edir. Bu gün qadın həndbolçularımız Konya-2021-də ikinci oyununu keçirib. B qrupunda yer alan yığmamız Əfqanıstan komandası ilə qarşılaşıb. Komandamız rəqibini 43:9 hesabı ilə məğlub edib. 
Qeyd edək ki, qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılmışdı.
Yığmamız qrup mərhələsində son oyununu avqustun 11-də İran millisinə qarşı keçirəcək. 
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, final oyunu isə bir gün sonra təşkil olunacaq.