Konya-2021: Azərbaycan medal sıralamasında 9-cu pillədə qərarlaşıb

Konya-2021: Azərbaycan medal sıralamasında 9-cu pillədə qərarlaşıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarınım beşinci gününün yekun vurulub. Günün sonunda əldə olunan nəticələrə əsasən Türkiyə komandası medal sıralamasında liderliyini davam etdirir. Qardaş ölkə təmsilçisinin aktivində 16 qızıl, 13 gümüş və 9 bürünc medal var. İlk üçlükdə İran (5-9-4) və Qazaxıstan (5-1-5) qərarlaşıb. Özbəkistan (3-2-5) dördüncü, Mərakeş (2-3-1) beşinci, Bəhreyn (2-2-2) altıncı, Uqanda (2-2-1) yeddinci, Birləşmiş Ərəb Əmirlikləri (2-1-1) isə səkkizinci pillədə yer alıblar. Azərbaycan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla doqquzuncudur. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. Atletimiz Aleksis Kopello üçtəkanla tullanma yarışlarında ikinci pillədə qərarlaşıb. Taekvondoçumuz Qaşım Maqamedov (58 kq) isə bürünc medal qazanıb.