Konya-2021: Stolüstü tennis komandamızdan növbəti qələbə

Konya-2021: Stolüstü tennis komandamızdan növbəti qələbə

V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları davam edir. Kişilərdən ibarət stolüstü tennis üzrə komandamız V Islam Həmrəyliyi Oyunlarında növbəti qələbəyə imza atıb. Türkiyənin Konya şəhərində keçirilən yarışda qrup mərhələsinin II turunda Uqanda komandası ilə üz-üzə gələn yığmamız rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Stolüstü tennisçilərimiz bu gün keçiriləcək son turda Türkiyə komandası ilə qarşılaşacaq.