V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən həndbol yarışları davam edir. Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib. Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə həndbollçularımızın rəqibi Özbəkistan millisi olub. Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb - 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib - 40:27.
Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Türkiyə millisi yarımfinalda Kameruna 34:23 hesabı ilə qalib gəlib.