UEFA Çempionlar Liqası: Bu gün pley-off mərhələsinə start veriləcək

UEFA Çempionlar Liqası: Bu gün pley-off mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi start götürəcək. Pley-off turunun ilk matçları avqustun 16-17-də, cavab qarşılaşmaları isə avqustun 23-24-də oynanılacaq. Ağdamın “Qarabağ” klubu avqustun 17-də Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.
Pley-off mərhələsinin ilk matçlarının proqramını təqdim edirik:
16 avqust
23.00 Bodo/Glimt (Norveç) - Dinamo Zaqreb (Xorvatiya)
23.00 Kopenhagen (Danimarka) - Trabzonspor (Türkiyə)
23.00 Reyncers (Şotlandiya) - PSV (Niderland)
17 avqust
20.45 Qarabağ (Azərbaycan) - Viktoriya Plzen (Çexiya)
23.00 Makkabi Hayfa (İsrail) – Srvena zvezda (Serbiya)
23.00 Dinamo Kiyev (Ukrayna) - Benfika (Portuqaliya)