Konya-2021: Bu gün atletlərimiz 8 idman növündə güclərini sınayacaqlar
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Bu gün Azərbaycan təmsilçiləri oxatma, qılıncoynatma, üzgüçülük, kikboksinq, cüdo, qadın idman gimnastikası və 3x3 basketbol üzrə yarışlarda iştirak edəcəklər. Həmçinin bu gün karateçilərimiz də Oyunlarda mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən 12-ci yarış günündə Azərbaycan komandası medalların sayını 71-ə çatdırıb. Onlardan 22-si qızıl, 28-i gümüş, 21-i bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.
Oyunlarda Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran 116 (37 qızıl, 35 gümüş, 44 bürünc) medalla ilk 3 pilləni tutublar.
Konya-2021: Bu gün atletlərimiz 8 idman növündə güclərini sınayacaqlar