Kişi basketbolçularımız İslamiadanın gümüş medalına sahib çıxdılar 

Kişi basketbolçularımız İslamiadanın gümüş medalına sahib çıxdılar 

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışlarına yekun vurulub. Kişilərdən ibarət yığma komandamız İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub. Finalda millimiz Seneqal komandası ilə qarşılaşıb. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endər Poladxanlıdan ibarət yığmamız gərgin keçən oyunun yekununda 16-21 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.