Konya-2021: Karateçilərimiz İslamiadaya 3 bürünclə başladılar 

Konya-2021: Karateçilərimiz İslamiadaya 3 bürünclə başladılar 

Bu gün Konya-2021 çərçivəsində keçirilən karate yarışlarına start verilib. Karate yarışlarının ilk günündə Azərbaycanın 3 idmançısı V İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib çıxıb. Kumite yarışlarında Tural Ağalarzadə (67 kq), Mədinə Sadiqova (55 kq), kata turnirində isə Roman Heydərov üçüncü yeri tutublar.