Konya-2021: Kata üzrə millimiz üçüncü yer uğrunda yarışacaq

Konya-2021: Kata üzrə millimiz üçüncü yer uğrunda yarışacaq

Bu gün V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən sonuncu yarış gününə start verilib. Konya-2021-in son günündə kata üzrə milli komandamız da mübarizəyə başlayıb. V İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq. Komandamızın heyətində karateçilərdən İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev yer alıblar.
Kumite yarışlarında isə Ayla Rzazadə (61 kq), İrinza Zaretska (68 kq), Fəridə Əliyev (68 kq-dan yuxarı), Asiman Qurbanlı (84 kq-dan yuxarı) güclərini sınayacaqlar.
Hazırda karate millimizin hesabında 3 bürünc medal var.