Daha bir kikboksçumuz Konya-2021-in qızıl medalına sahib çıxdı

Daha bir kikboksçumuz Konya-2021-in qızıl medalına sahib çıxdı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə sona yaxınlaşır. Bu gün mübarizə aparan kikboksçumuz Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) qızıl medala sahib çıxıb. Finalda uduzan Camal Məmmədov (Full kontact, 54 kq) gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan qızıl mealların sayını 27-yə çatdırıb.