Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışlarını izləyən WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beykerə Azərbaycanın milli geyimi təqdim olunub. İrlandiyalı mütəxəssisə milli geyimimiz Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev tərəfindən verilib.
Görüşdə WAKO Avropanın I vitse-prezidenti və Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı, AKF-in vitse-prezidenti və milli komandanın kapitanı Ramal Aslanov, baş katib İlkin Məsimzadə və Azərbaycanı İslamiadada təmsil edən beynəlxalq dərəcəli referi Aydın Ağabəyov iştirak edib.
Daha sonra Roy Beyker, Orxan Əliyev və Salim Kayıcı birgə döyüşlərə baxıblar.
WAKO-nun prezidentinə Azərbaycanın milli geyimi təqdim olunub