Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında fərqləniblər. Dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub. Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.
Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.
Konya-2021: kikboksçularımızdan daha 3 medal