“Nəticəmiz yaxşı oldu. Əlbəttə, Bakıdakı nəticəni burada təkrarlamaq mümkün deyildi”.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə V İslam Həmrəyliyi Oyunlarındakı nəticəni şərh edərkən deyib.
O bildirib ki, İslamiadada qazanılan 99 medal yüksək nəticədir: "Onu da qeyd edək ki, ən yaxşı cüdoçularımız gəlməmişdi. Atletimiz Nazim Babayev zədə aldı və medal qazana bilmədi. Qazanılan nəticəni uğurlu hesab edirəm. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Hər şey yaxşı idi. Oyunlar uğurla baş tutdu. Detalları Bakıda müzakirə edərik.
Çingiz Hüseynzadə: “Qazanılan nəticəni uğurlu hesab edirəm”