Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub. Mərhələni uğurla bitirən Azərbaycan təmsilçiləri Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər.
Yekun Təsnifat Düşərgəsi oktyabrın 16-23-də Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.
Qeyd edək ki, daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə bu ilin iyun ayındakı seçimlərin nəticəsinə əsasən toplanışa dəvət alıb.
Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında yer alıblar