UEFA Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək. Bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq. Azərbaycan çempionu “Qarabağ” səfərdə Çexiyanın "Viktoriya Plzen" komandasının qonağı olacaq.

Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlub olan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.

Pley-off mərhələsinin növbəti matçları:

23 avqust

23:00 – “Viktoriya Plzen” (Çexiya) - “Qarabağ” (Azərbaycan)

İlk oyun: 0:0

23:00 - “Srvena Zvezda” (Serbiya) – “Makkabi” (Hayfa, İsrail)

İlk oyun - 2:3

23:00 - “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun - 2:0