“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olub. "Dusan Arena"da oynanılan matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edib. Matçda hesabı 38-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Filip Ozobiç açıb. Oyunun ilk hissəsi bu hesabla başa çatıb. İkinci hissəyə meydan sahibləri daha fəal başlayıblar. Oyunun 58-ci dəqiqəsində Yan Kopits, 73-cü dəqiqəsində isə Yan Klimentin vurduğu qollar Plzen təmsilçisini hesabda önə keçirib. Beləliklə, görüş “Viktoriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.