UEFA Çempionlar Liqasında pley-off görüşləri bu gün başa çatacaq. Yarışın ikinci günündə 3 cavab qarşılaşması keçiriləcək. Bununla da qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Belə ki, Zaqrebin "Dinamo" klubu Xorvatiyada "Budö Qlimt" (Norveç) komandası ilə qarşılaşacaq. İlk oyunda Zaqreb təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
Cavab oyununu evdə keçirəcək Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edəcək.
PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək. Qeyd edək ki, Qlazqodakı ilk görüş heç-heçə ilə başa çatıb (2:2).
Pley-off mərhələsinin növbəti matçlarının proqramını təqdim edirik:
24 avqust
23:00 - "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç)
İlk oyun - 0:1
23:00 - "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 1:2
23:00 - PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2
Xatırladaq ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.