Bu gün gənclər və idman naziri Fərid Qayıbov Bakı şəhərinin bəzi kənd və qəsəbələrində idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.
Nardaran qəsəbəsində idman zalında hazırkı vəziyyətlə tanış olan nazir zalın, eləcə də futbol meydançasının fəaliyyətinin genişləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Pirşağı-Kürdəxanı idman zalının fəaliyyətinə baxış zamanı burada yaradılmış şərait barədə məlumat verilib. Karate, cüdo, yunan-Roma güləşi və futbol bölmələrinin mövcud olduğu bu idman qurğusunda yeni növlərin inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Həmçinin Maştağa Olimpiya İdman Kompleksinə də baxış keçirilib. Kompleksin fəaliyyətinin bərpa edilməsi üçün burada görülməli işlər müzakirə edilib.
Fərid Qayıbov idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb