UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu İtaliyanın “Milan”, İngiltərənin “Çelsi” və Avstriyanın “Zaltsburq” komandaları ilə E qrupunda yer alıb. Pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) komandası isə Almaniya “Bavariya”, İspaniya “Barselona” və İtaliyanın “İnter” klubu ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunlarına sentyabrın 6-da start veriləcək.
A qrupu
"Ayaks" (Niderland)
"Liverpul" (İngiltərə)
"Napoli" (İtaliya)
"Reyncers" (Şotlandiya)
B qrupu
"Portu" (Portuqaliya)
"Atletiko" (Madrid, İspaniya)
"Bayer" (Leverkuzen, Almaniya)
"Brügge" (Belçika)
C qrupu
"Bavariya" (Almaniya)
"Barselona" (İspaniya)
"İnter" (İtaliya)
"Viktoriya" (Plzen, Çexiya)
D qrupu
"Ayntraxt" (Almaniya)
"Tottenhem" (İngiltərə)
"Sportinq" (Portuqaliya)
"Marsel" (Fransa)
E qrupu
"Milan" (İtaliya)
"Çelsi" (İngiltərə)
"Zalsburq" (Avstriya)
"Dinamo" (Zaqreb, Xorvatiya)
F qrupu
"Real" (İspaniya)
"Leyptsiq" (Almaniya)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Seltik" (Şotlandiya)
G qrupu
"Mançester Siti" (İngiltərə)
"Sevilya" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya)
"Kopenhagen" (Danimarka)
H qrupu
PSJ (Fransa)
"Yuventus" (İtaliya)
"Benfika" (Portuqaliya)
"Makkabi" (Hayfa, İsrail)