Konfrans Liqası: Bu gün qrup mərhələsinin püşkü atılacaq

Konfrans Liqası: Bu gün qrup mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılacaq. Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Püşkatmada 8 qrupun tərkibi müəyyənləşəcək.
1-ci səbət: "Vilyarreal" (İspaniya), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "AZ Alkmaar" (Niderland), "Gent", (Belçika), "Başakşehir" (Türkiyə), "Partizan" (Serbiya), "Vest Hem" (İngiltərə)
2-ci səbət: ÇFR, "Styaua" (hər ikisi Rumıniya), "Molde" (Norveç), "Fiorentina" (İtaliya), "Köln" (Almaniya), "Hapoel" (Ber-Şeva, İsrail), "Apollon" (Limassol, Kipr), "Slovan" (Bratislava, Slovakiya)
3-cü səbət: "Nitsa" (Fransa), "Anderlext" (Belçika) "Jalgiris" (Litva), "Austriya" (Vyana, Avstriya), "Harts" (Şotlandiya), "Şemrok Rovers" (İrlandiya), "Sivasspor" (Türkiyə), "Vaduts" (Lixtenşteyn)
4-cü səbət: "Dnepr-1" (Ukrayna), "Lex" (Polşa) "Slovaçko" (Çexiya), "Silkeborq" (Danimarka), "Yurqorden" (İsveç), "Pünik" (Ermənistan), RFŞ (Latviya), "Balkani" (Kosovo)
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.