Avqustun 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. İstanbulda təşkil olunan mərasimdə 8 qrupun tərkibi dəqiqləşib. Azərbaycan çempionu “Qarabağ” klubu püşk nəticəsində G qrupunda yer alıb. Təmsilçimiz Yunanıstanın “Olimpiakos”, Almaniyanın “Frayburq” və Fransanın “Nant” klubları ilə mübarizə aparacaq.
Püşkün nəticələrinə əsasən, digər qrupların tərkibi aşağıdakı kimidir:
A qrupu
"Arsenal" (İngiltərə)
PSV (Niderland)
"Budö Qlimt" (Norveç)
"Sürix" (İsveçrə)
B qrupu
"Dinamo" (Kiyev, Ukrayna)
"Renn" (Fransa)
"Fənərbaxça" (Türkiyə)
AEK (Kipr)
C qrupu
"Roma" (İtaliya)
"Ludoqrets" (Bolqarıstan)
"Betis" (İspaniya)
HİK (Finlandiya)
D qrupu
"Braqa" (Portuqaliya)
"Malmö" (İsveçrə)
"Union" (Almaniya)
"Yunion" (Belçika)
E qrupu
"Mançester Yunayted" (İngiltərə)
"Real Sosyedad" (İspaniya)
"Şerif" (Moldova)
"Omoniya" (Kipr)
F qrupu
"Latsio" (İtliya)
"Feyenoord" (Niderland)
"Midtülland" (Danimarka)
"Şturm" (Avstriya)
G qrupu
"Olimpiakos" (Yunanıstan)
"Qarabağ" (Azərbaycan)
"Frayburq" (Almaniya)
"Nant" (Fransa)
H qrupu
"Srvena Zvezda" (Serbiya)
"Monako" (Fransa)
"Ferentsvaroş" (Macarıstan)
"Trabzonspor" (Türkiyə)
Qeyd edək ki, qrup mərhələsinin oyunları sentyabrın 8-də, 15-də, oktyabrın 6-da, 13-də, 27-də və noyabrın 3-də keçiriləcək.