"Qarabağ"ın hücumçusunun Fransa klubuna keçidi rəsmiləşdi 

"Qarabağ"ın hücumçusunun Fransa klubuna keçidi rəsmiləşdi 

"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji Fransanın "Sent-Etyen" klubu ilə müqavilə imzalayıb. 27 yaşlı hücumçu 3 illik sözləşməyə qol çəkib. Seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə rəsmiləşəcək. Qeyd edək ki, Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.