Gənclər və İdman Nazirliyinin (GİN) növbəti kollegiya iclası keçirilib. Iclasın gündəliyinə əsasən, nazirliyin 2022-сi ilin ikinci yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, “Azərbaycan Bodibildinq və Fitnes Federasiyası”, “Azərbaycan Milli İdman Növləri Assosiasiyası” və “Azərbaycan Qolf Federasiyası” ictimai birliklərinin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Azərbaycan Qoçyu-ryu Okinava Karate-do və Kobudo-Kempo Növləri İdman Federasiyası” və “Gözdən Əlil Şahmat və Damaçılar Federasiyası” ictimai birliklərinin federasiya statusu dayandırılıb.
Bununla da nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 29-a çatıb. Ümumilikdə, 27 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.
Kollegiya iclasında, həmçinin Namiq Heybətova və Elçin Həsənova “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, Lamiyə Vəliyevaya və Raman Saleiyə “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adlarının verilməsi barədə qərar qəbul edilib.
Daha üç federasiyanın akkreditasiyası təsdiqləndi