Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçildi

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçildi

Bu gün Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov yığıncağın işinə uğurlar arzulayıb.
Federasiya prezidenti Oqtay Əsədov yığıncaqda çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.
Sonra Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib, yeni seçki keçirilib. Oqtay Əsədov yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib.
Yığıncaqda, həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.