Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verili

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verili

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 oyun təşkil olunacaq. E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

F qrupunda turnirin son qalibi İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"lə qarşılaşacaq. G qrupunda İngiltərənin "Mançester Siti" komandası İspaniyada "Sevilya"nın qonağı olacaq.

Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və İtaliyanın "Yuventus" klubu arasında oynanılacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, ilk turun digər 8 matçı sabah oynanılacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)

23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu

23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)

23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu

23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)

23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)