Olimpiakos “sambaçı”nı ictimaiyyətə təqdim etdi

Olimpiakos “sambaçı”nı ictimaiyyətə təqdim etdi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u yeni transferi Marselonu ictimaiyyətə təqdim edib. "Georgios Karaiskakis" stadionundakı təqdimat mərasimində azarkeşlər də iştirak ediblər.
Fanatlar ailəsi ilə birlikdə arenaya daxil olan 34 yaşlı müdafiəçini böyük coşqu ilə qarşılayıblar.
Marselo yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb. O, "Olimpiakos"da 12 nömrəli formanı geyinəcək. Braziliyalı oyunçu 2007-ci ildən İspaniyada "Real Madrid"in şərəfini qoruyub. Marselo bu müddət ərzində 6 dəfə La Liqanın, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da yer alıb.