Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurub. 19 yaşlı idmançı qərarının səbəbini açıqlamayıb. "İdmançı karyeramı bitirdim. Üzərimdə əməyi olanlara təşəkkür edirəm", - deyə fiqurlu konkisürən sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə daxil edilərək, Avropa və dünya çempionatlarına aparılıb. Y.Ryabova 3 il öncə beynəlxalq "Ice Star" turnirinin bürünc mükafatçısı olub.
Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında isə fərdi proqramda 15-ci yerlə kifayətlənib.