Çempionlar Liqası: Bu gün qrup mərhələsində birinci tura yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsində birinci tura yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında I tura yekun vurulacaq. 2-ci oyun günündə də 8 qarşılaşma keçiriləcək.

A qrupunda "Ayaks" Niderlandda Şotlandiya "Reyncers"ini, "Napoli" İtaliyada İngiltərə "Liverpul"unu qəbul edəcək.

B qrupunda Portuqaliya "Portu"su İspaniyada Madrid "Atletiko"sunun, Almaniya "Bayer"i Belçikada "Brügge"nin qonağı olacaq.

C qrupunda pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) klubu İspaniyada "Barselona" ilə qarşılaşacaq. Bu qrupun digər matçında isə İtaliya "İnter"i evdə Almaniya "Bavariya"sını sınağa çəkəcək.

D qrupunda Avropa Liqasının son qalibi olan "Ayntraxt" (Frankfurt) Almaniyada Portuqaliya "Sportinq"i, "Tottenhem" isə İngiltərədə Fransa "Marsel"i ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinin I turunun ilk 8 oyunu ötən gün keçirilib.