“Çelsi” Tomas Tuxeli qovdu

“Çelsi” Tomas Tuxeli qovdu

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Tomas Tuxel istefaya göndərilib. Buna səbəb ötən gün “zadəganlar”ın səfərdə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyanın “Dinamo Zaqreb” klubuna 1:0 hesabı ilə uduzması olub.

Qeyd edək ki, Tomas Tuxel "Çelsi"yə Çempionlar Liqası, UEFA Super Kuboku və klublarası dünya çempionluğunu qazandırıb.