UEFA Çempionlar Liqası: Qrup mərhələsində birinci turun oyunlarına yekun vuruldu 

UEFA Çempionlar Liqası: Qrup mərhələsində birinci turun oyunlarına yekun vuruldu 

UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci turun oyunlarına yekun vurulub. İkinci oyun günündə 8 qarşılaşma keçirilib. Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb. Gecənin sensasiyası A qrupunda qeydə alınıb. Ötən mövsümün finalçısı olan İngiltərənin "Liverpul" klubu İtaliyada "Napoli"yə 4:1 hesabı ilə məğlub olub. C qrupunda İspaniyanın  "Barselona" komandası doğma meydanda pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) komandasını darmadağın edib - 5:1. Bu qrupun digər oyununda Almaniyanın "Bavariya" klubu İtaliyada "İnter"ə 2 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, qrup mərhələsinin birinci turunun ilk 8 oyunu ötən gün keçirilib.

Qrup mərhələsi, birinci tur
A qrupu
"Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya) - 4:0
"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 4:1
B qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 2:1
"Brügge" (Belçika) - "Bayer" (Almaniya) - 1:0
C qrupu
"Barselona" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:1
"İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 0:2
D qrupu
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Sportinq" (Portuqaliya) - 0:3
"Tottenhem" (İngiltərə) - "Marsel" (Fransa) - 2:0.