Bu gün Avropa Liqasında qrup mərhələsi həyəcanı başlayır 

Bu gün Avropa Liqasında qrup mərhələsi həyəcanı başlayır 

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək. Turun oyunları Bakı vaxtı ilə saat 20:45-də və 23:00-da başlayacaq.
G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada "Frayburq"l qarşılaşacaq. Türkiyə klublarından "Fənərbağça" B qrupunda Ukraynanın "Dinamo" (Kiyev) klubunu qəbul edəcək. "Trabzonspor" isə Macarıstanda "Ferentsvaroş"la üz-üzə gələcək.
Günün oyunları aşağıdakılardır:
Qrup mərhələsi, birinci tur
A qrupu
20:45 - "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə)
20:45 - PSV (Niderland) - "Budö Qlimt" (Norveç)
B qrupu
20:45 - AEK (Larnaka, Kipr) - "Renn" (Fransa)
20:45 – “Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)
C qrupu
20:45 - "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya)
20:45 - HİK (Finlandiya) - "Betis" (İspaniya)
D qrupu
20:45 - "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya)
20:45 - "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika)
E qrupu
23:00 - "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya)
23:00 - "Omoniya" (Kipr) - "Şerif" (Moldova)
F qrupu
23:00 - "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland)
23:00 - "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka)
G qrupu
23:00 - "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan)
23:00 - "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)
H qrupu
23:00 - "Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa)
23:00 - "Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə).