Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da ilk matçına çıxıb. Qurban Qurbanovun komandası G qrupunda Almaniya “Frayburq”unun qonağı olub. Ağdam təmsilçisi hazırda Bundesliqanın lideri olan komanda ilə çətin matçdan məğlub ayrılıb - 1:2. "Qarabağ"ın oyundakı yeganə qolunu isə 39-cu dəqiqədə Marko Veşoviç vurub. Qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edib. Qarşılaşma "Nant"ın 2:1 hesablı qələbəsi başa çatıb.
8 sentyabr
Avropa Liqası
G qrupu
1-ci tur
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Vinçentso Qrifo, 7-pen. (1:0), Ritsu Doan, 15 (2:0), Marko Veşoviç, 39 (2:1)
Hakimlər: Erik Lambrexts, Co de Ueyrdt, Matias Hillaert, Uim Smet (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu
“Qarabağ”ın rəqibi elə də “qorxulu” deyilmiş