Libertadores Kuboku: Ekvadora gedən klublar müəyyənləşib

Libertadores Kuboku: Ekvadora gedən klublar müəyyənləşib

Cənubi Amerika Konfederasiyasının (CONMEBOL) təşkil etdiyi Libertadores Kubokunda finalçıları müəyyənləşib. "Flamenqo" (Braziliya) yarımfinalda Argentina "Velez Sarsfild"inə qalib gəlib - 4:0, 2:1. Nəticədə "Flamenqo" həlledici oyunda Braziliyanın digər klubu "Atletiko Paranaense"a rəqib olub. Qeyd edək ki, final matçı sentyabrın 29-da Ekvadorda keçiriləcək.