Messi PSJ-yə lazim deyil?  

Messi PSJ-yə lazim deyil?  

Argentina millisinin futbolçusu Lionel Messi Fransanın PSJ klubu ilə müqaviləsini yeniləmək istəmir. Bu barədə ispaniyalı jurnalist Mikel Blaskes özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, 35 yaşlı hücumçu mövsümün sonunda Paris təmsilçisindən ayrılacaq. Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Təcrübəli forvard 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından Fransa klubuna keçib.