ABŞ-dan olan qadın alpinist və xizəkçi Hillari Nelson bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 50 yaşlı idmançı Nepalda - dünyanın 8-ci ən hündür zirvəsi olan Manaslu (8156 m) dağında xizək sürərkən yıxılaraq ölüb.
Həmin gün, həmçinin, dağın aşağı hündürlüyündə qar uçqunu səbəbindən yerli bələdçi həlak olub, bir neçə alpinist isə yaralanıb.
Xizəkçinin axtarışları iki gün davam edib. Yalnız sentyabrın 28-də xilasedici helikopter onun cəsədini dağın cənub yamacında tapıb.
Qeyd edək ki, Hillari Nelson 2012-ci ildə hündürlüyü 8000 metr olan 2 zirvəni 24 saata fəth edən ilk qadın olub.