Tennisçimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi oldu 

Tennisçimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi oldu 

Bakı Tennis Akademiyasında keçirilən ənənəvi “ITF Payız Kuboku” turnirinin növbəti - 5-ci mərhələsinə yekun vurulub. Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən 81 tennisçi mübarizə aparıb. 18 yaşlı tennisçilərin yarışında dəfələrlə yerli və beynəlxalq turnirlərin qalibi olan Kənan Qasımov bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici görüşdə rusiyalı Artur Ayuxanovla qarşılaşıb. Həlledici görüşdə rəqibinə ilk setdə 6:4, ikinci hissədə isə 7:5 hesabı ilə qalib gələn tennisçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.