Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası davam edir. Oktyabrın 5-dən başlayan sərgidə çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evləri iştirak edir. İştirakçılar sərgi-yarmarkasında çap məhsullarını nümayiş etdirir, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparırlar. Sərginin B074 nömrəli stendində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəşrləri də nümayiş olunur. Beynəlxalq sərgi oktyabrın 9-dək davam edəcək.
ADBTİA-nın nəşrləri beynəlxalq sərgidə nümayiş olunur